Logo

"Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

"Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin yanvar-avqust aylarında "Bakı Metropoliteni" QSC 150,3 mln. sərnişin daşıyıb. Bu, demək olar, ötən ilin müvafiq dövrü üzrə olan göstəriciyə bərabərdir.

Dövlət Statistika Komitəsindən Sfera.az-a  verilən məlumata görə, 2018-ci ilin 8 ayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 150,4 nəfər olub.

Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR