Logo

Sentyabrın 16-da Azərbaycanda televiziya və radio yayımı dayandırılacaq

Sentyabrın 16-da Azərbaycanda televiziya və radio yayımı dayandırılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq.

Sfera.az bildirir ki, bunu "Teleradio" İstehsalat Birliyindən deyiblər.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

Bu günədək profilaktika martın 4-də və iyunun 10-da keçirilib, üçüncüsü sentyabrın 16-da, dördüncüsü isə dekabrın 9-da keçiriləcək. (apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR