Qəbələdə regional konfrans keçirilib

Qəbələdə regional konfrans keçirilib
 

Respublika Ağsaqqallar Şurasının, Qəbələ rayon İcra Hakimiyyətinin və "Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə "Qafqaz Resorte” otelində "Prezident İlham Əliyevin yeni islahatlar: Davamlı inkişafın iqtisadi-sosial hədəfləri” mövzusunda regional konfrans keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Konfransda respublikanın 15 şəhər və rayonundan ağsaqqallar və gənclər iştirak edib.

Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli ideologiyanın həyata keçirilməsi üçün gənclərlə müntəzəm görüşlər təşkil olunduğunu, onlarla vətənpərvərlik mövzusunda söhbətlər aparıldığını bildirib. O, ağsaqqalların keçdiyi şərəfli həyat yolundan nümunələr göstərib. Millət vəkili Azərbaycan xalqının ağsaqqal sözünü daima uca tutduğunu və onların ətrafında sıx birləşdiyini bildirib.

 

Daha sonra konfransda Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin komitə sədri, akademik, Respublika Ağsaqqallar Şurasının sədr müavini Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvü, Respublika Ağsaqqallar Şurasının sədr müavini Sudeyif İmamverdiyev çıxış ediblər. Natiqlər qeyd edib ki, Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması ulu öndər Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, ötən 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət alıb, yeni islahatlar nəticəsində bütün sahələr inkişaf etdirilərək uğur əldə olunub.

Konfransda Azərbaycan vətəndaşının sosial-rifah halının yaxşılaşması üçün görülən işlərdən, ölkəmizdə pensiya və əmək haqlarının artırılması, səhiyyənin, təhsilin, sahibkarlığın, sənayenin, yol infrastrukturunun, turizmin, bütövlükdə regionların sosial-iqtisadi inkişafı istiqamətində aparılan islahatlardan danışılıb və əldə edilən uğurların göstəriciləri barədə faktlar səsləndirilib.

 


OXŞAR XƏBƏRLƏR

İranın ABŞ-la danışıqlarının ikinci mərhələsi Omanda keçiriləcək

İran və ABŞ arasında danışıqların növbəti raundu aprelin 19-da Omanın paytaxtı Masqatda keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə İranın...

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda sürət həddi ENDİRİLDİ

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   Bu barədə S...

Sevil Əliyeva anası ilə bağlı paylaşım etdi - FOTO

Ümummilli lider Heydər Əliyevin qızı ​Sevil Əliyeva anası Zərifə Əliyevanın anım günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki...

Füzulidə peşə məktəbində PUA və dron TƏMİRİ ÖYRƏDİLƏCƏK

Qarabağda ümumilikdə 8 peşə məktəbinin inşası nəzərdə tutulub ki, onlardan biri də məhz Füzuli peşə məktəbidir.   Sfera.az İTV-yə istinadən xəbə...

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə DÜŞDÜ

Paytaxtın Maştağa qəsəbəsindəki Məmmədbağır qəbiristanlığında 10-larla məzar su altındadır.   Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, y...

Bərdədəki gözəllik salonunda qadına hücumun YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

Bərdədə baş vermiş bıçaqlanma ilə bağlı yeni görüntülər yayılıb.   Sfera.az bildirir ki, Oxu.az-ın əldə etdiyi müşahidə kamerası kadrlarında Vət...