İlham Əliyev Xetaq Qazyumova qızıl medalı təqdim etdi - VİDEO
Cəmiyyət
04:39 / 19.06.2015
2257
Avropa Oyunlarında sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində medalların təltif olunması mərasimi keçirilib.
Azərbaycana 10-cu qızıl medalı qazandıran sərbəst güləşçimiz Xetaq Qazyumova medalı prezident İlham Əliyev təqdim edib.
Təqdimetmə mərasimində Dünya Güləş Federasiyasının rəhbəri Nenad Laloviç də iştirak edib.
Medallar təqdim edildikdən sonra qalib ölkələrin bayraqları qaldırılıb və Azərbaycanın dövlət himni ifa olunub. Himnin ifasından sonra tamaşaçılar qalib Xetaq Qazyumovu ayaq üstə alqışlayıblar./APA
Sfera.az