Logo

“Azinvest Telecom Technology” milyonluq məhkəmə çəkişməsini - Uduzdu

“Azinvest Telecom Technology” milyonluq məhkəmə çəkişməsini - Uduzdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Uzun illər Azərbaycanın telekommunikasiya sektorunda iri infrastruktur layihələri həyata keçirən “Azinvest Telecom Technology” ciddi maliyyə və hüquqi mübahisələrin mərkəzinə çevrilib.

Sfera.az Plat.az-a istinadən xəbər verir ki, “İnterkabel” işi ilə yanaşı, hazırda digər şirkətlərin də “Azinvest”ə qarşı məhkəmə prosesləri davam edir.

Şirkətə qarşı irəli sürülən maliyyə tələblərinin ümumi məbləğinin 3 milyon manatı ötdüyü bildirilir.

Bildirilib ki, şirkətin aktivlərinin, işçilərinin, layihələrinin və gəlir mənbələrinin əlaqəli olduğu iddia edilən digər hüquqi şəxslərə ötürülməsi ilə bağlı ciddi iddialar ortaya çıxıb.

Məlumata görə, şirkətlər arasında mübahisə 2022-ci ildə bağlanmış fiber-optik kabellərin alqı-satqısı müqaviləsi üzrə yaranıb. “İnterkabel” təhvil verilmiş malların dəyərinin bir hissəsinin ödənilmədiyini bildirib. “Azinvest” isə tələb olunan borca etiraz edərək əvvəlki ödənişlərin və cərimələrin nəzərə alınmasını istəyib.

Bakı Kommersiya Məhkəməsi ekspertiza tədqiqatından sonra iddianı qismən təmin edib. Apellyasiya və kassasiya şikayətləri nəticəni dəyişməyib. Ali Məhkəmənin qərarı ilə 955 126,45 manat əsas borc, 60 989,76 manat ƏDV və 30 906,89 manat faiz olmaqla, ümumilikdə 1 047 023,10 manatın “İnterkabel”in xeyrinə tutulması qüvvədə qalıb. Bundan əlavə, 1 313,51 manat dövlət rüsumunun tutulması qərara alınıb.

Bildirilib ki, məhkəmə mübahisəsi yekunlaşsa da, qərarın faktiki icrası yubanır. Digər şirkətlərin iddiaları üzrə isə məhkəmə prosesləri davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR