Logo

Bakıda piyada keçidi nişanı bir həftədir tərsinədir

Bakıda piyada keçidi nişanı bir həftədir tərsinədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxtın Bakıxanov qəsəbəsinin Sakit Qocayev küçəsində yerləşən piyada keçidi nişanının niyə başıaşağı vəziyyətdə olduğu hələlik məlum deyil.

Sfera.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yol nişanı bir həftədən çoxdur ki, bu vəziyyətdədir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan bildirilib ki, yol nişanının bu vəziyyətə düşməsinə kənar müdaxilə və ya küləyin təsiri səbəb ola bilər. Belə hallarla qarşılaşan vətəndaşlardan quruma məlumat vermələri xahiş olunub.

Sözügedən yol nişanının bərpa ediləcəyi bildirilib.\\apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR