Logo

BDU-dan SON DƏQİQƏ açıqlaması - Heç bir əməkdaşı...

BDU-dan SON DƏQİQƏ açıqlaması - Heç bir əməkdaşı...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə fəaliyyətə başladığı gündən etibarən heç bir kadr dəyişikliyi həyata keçirməyib.

Sfera.az xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat yayıb.

Bildirilib ki, rektor Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib.

O, vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya yeni vəzifəyə təyinatı ilə bağlı əmr imzalamayıb.

Universitet rəhbərliyi media nümayəndələrinə və ictimaiyyətə müraciət edərək BDU ilə bağlı məlumatları yayımlamazdan əvvəl İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və yalnız rəsmi xəbərlərə istinad etməyi xahiş edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR