Logo

Dekabrda 9 gün iş olmayacaq

Dekabrda 9 gün iş olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2026-cı ilin son ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları neçə günlük istirahətin gözlədiyi məlum olub.

Sfera.az Banker.az-a istinadən xəbər verir ki, ayın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunduğundan həmin tarixdə iş olmayacaq.

Ayın digər qeyri-iş günləri isə həftəsonları ilə bağlıdır. Belə ki, dekabrın 5-i və 6-sı, 12-si və 13-ü, 19-u və 20-si, eləcə də 26-sı və 27-si şənbə və bazar günlərinə düşür.

Həmçinin dekabrın 30-da bayramqabağı günlə əlaqədar iş saatı bir saat qısaldılacaq.

Nəticədə, beşgünlük iş rejimində çalışanlar dekabr ərzində 22 gün işləyəcək, 9 gün isə istirahət edəcəklər.

Xatırladaq ki, növbəti ilin yanvar ayının 1-i və 2-si də Yeni il bayramı münasibətilə qeyri-iş günləridir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR