“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”
Kateqoriya məlum deyil
“Bu gün bəstəkarlarımız acınacaqlı vəziyyətdə yaşayırlar”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə deyib.
“Artıq diplomda bəstəkar sözü yazmırlar. Bəstəkarlıq fakültələri yavaş-yavaş bağlanır və ya başqa fakültələrlə birləşir. Bir neçə ildir ki, heç kim bəstəkarlığa qəbul olmaq istəmir. Nə üçün? Ona görə ki, nə bəstəkara qiymət verən var, nə də onun əsərlərini alan. Gənc bəstəkarlar yanıma gələrək ağlayırlar. Onlar işə götürülmədiklərini deyirlər”.\\qafqazinfo






