DSMF: 10 ayda sığortaolunanların sayı 140 min nəfərə yaxın artıb
Kateqoriya məlum deyil
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 139 670 nəfər artıb.
Sfera.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Beləliklə, bu ilin noyabrın 1-nə uçota alınmış sığortaolunanların sayı 5 467 767 nəfər olub.






