Logo

Minlərlə sahibkar üçün yeni güzəşt

Minlərlə sahibkar üçün yeni güzəşt
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qanunvericiliyə edilən dəyişiklikdən 10 min şəxs faydalanacaq".

Sfera.az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O, növbəti il üçün təklif olunan dəyişikliklərdən danışıb:

"Biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi istiqamətində olan dəyişikliklər mikro və kiçik sahibkarlığın dəstəklənməsini, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsinin stimullaşdırılmasını əhatə edir. Layihədə kənd təsərrüfatında yeni vergitutma mexanizminin tətbiqi, ayrı-ayrı sektorların inkişafına yönəlmiş tədbirlər, eləcə də bir sıra vergi güzəştlərinin müddətinin uzadılması nəzərdə tutulur. Bu çərçivədə növbəti il üçün təklif olunan mühüm dəyişikliklərdən biri mikro və kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına, fəaliyyətlərinin dayanıqlılığının təmin edilməsinə və uzunmüddətli böyümə imkanlarının genişləndirilməsinə yönəlib".

Xidmət rəisinin sözlərinə görə, azı iki il kiçik sahibkar olan vergi ödəyicilərinə müəyyən şərtlərlə gəlir və ya mənfəət vergisi üzrə 5 illik güzəştin tətbiqi planlaşdırılır:

"Hesablamalara əsasən, yalnız bu dəyişiklikdən təxminən 10 min vergi ödəyicisi faydalanacaq".\\oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR