Logo

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qarşıdan gələn Zəfər Günü ilə əlaqədar "WhatsApp” platformasında yayılan saxta kampaniyalarla yayılıb.

Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

Bildirilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikası Prezidenti adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.

MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir.

Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR