Bu ərazilərdə işıq olmayacaq
Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Həmçinin Abşeron RETSİ-nin xidməti ərazisində 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri həyata keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamalda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil, Müzəffər Həsənov, Ümid Əkbərov, Zahid Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Həmçinin 10 kV-luq elektrik xəttində yenidənqurma işləri aparılarkən planlı fasilə saat 08:00-dan 18:00-dək Xaqan Dadaşov, Kamal Rəhimov, Murad Mirzəyev, Mir Möhsün Nəvvab, Nazim Hacıyev, Rahib Tağıyev, Ümid Əkbərov küçələrinin bəzi ərazilərini əhatə edəcək.
Abşeron rayonu Masazır qəsəbəsində Azadlıq, İstiqlaliyyət, Qara Qarayev, Sahil küçələri, Zəngilan şəhərciyinin bir sıra yerlərində saat 10:00-dan 13:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.






