Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ

Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ
Kateqoriya məlum deyil
T

Azərbaycanda əmək bazarında xarici vətəndaşların iştirakı ilə bağlı müxtəlif sahələr üzrə iş icazələri rəsmiləşdirilir.

Əcnəbilərin ölkədə hansı miqyasda əmək fəaliyyəti göstərməsi, onların vətəndaşlığı və çalışdıqları iqtisadi fəaliyyət sahələri ilə bağlı statistik məlumatlar da maraq doğurur.


Bəs hazırda Azərbaycanda rəsmi əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin ümumi sayı nə qədərdir? Azərbaycanda işləyən əcnəbilər ən çox hansı ölkələrin vətəndaşlarıdır və əsasən hansı sahələrdə çalışırlar?


Sfera.az bununla bağlı Dövlət Miqrasiya Xidmətinə sorğu göndərib.


Sorğuya cavab olaraq bildirilib ki, 2026-cı ilin ilk 8 ayı ərzində əcnəbilərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 7336 müraciət daxil olub.


Cari ilin müvafiq dövründə iş icazəsinin verilməsi və müddətinin uzadılması ilə bağlı daxil olmuş müraciətlərdə Türkiyə vətəndaşları üstünlük təşkil edib.


Müraciətlərin iqtisadi fəaliyyət növləri üzrə bölgüsünə gəlincə, ən çox müraciət tikinti, emal və mədənçıxarma sənayesi sahələri üzrə qeydə alınıb.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR