Logo

Azərbaycan kinosunda yeni tarixi layihə: "İşquz dövləti"

Azərbaycan kinosunda yeni tarixi layihə: "İşquz dövləti"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın qədim dövlətçilik tarixinə, zəngin tarixi-mədəni irsinə və İşquz dövlətinin tarixdəki izlərinə həsr olunan yeni ekran əsəri tamaşaçıları keçmişə səyahətə dəvət edir.

Sfera.az xəbər verir ki, film “Azərbaycan irsinə səyahət” silsiləsi çərçivəsində hazırlanıb. Layihə “Aydamir Entertainment” tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin dəstəyi ilə istehsal olunur.

Ekran əsərində Azərbaycanın qədim tarixi, dövlətçilik ənənələri və İşquz dövlətinin bölgə tarixində tutduğu yer bədii formada təqdim ediləcək. Filmin yaxın vaxtlarda tamaşaçılara təqdim olunacağı bildirilir.

Filmdə Kərəm Hadıyev, İlqar Musayev, Nurlan Əmirli, Faiq Mirzəyev, İlkin Dövlətov, Bəhruz Vaqifoğlu, İlyas Əhmədov, Pərviz Fəxrəddin, Münəvvər Əliyeva və Aydan Həsənzadə rol alıblar.

Layihənin ideya müəllifi Zaur Həsənovdur. Ssenari müəllifləri Zaur Həsənov, Elvin Əhmədoğlu və Müşfiq Mirzədir. Filmin quruluşçu rejissoru Elvin Əhmədoğlu, görüntü rejissoru Cavid Aslanov, ikinci rejissoru isə Müşfiq Mirzədir.

Çəkiliş heyətində quruluşçu rəssam kimi Vüqar Qurbanov, geyim rəssamı kimi Ləman Süleymanlı, qrim rəssamı kimi Adilə Əliyeva çalışıb. Layihənin baş prodüseri Azər Aydəmir, icraçı prodüseri Ülviyyə Könüldür. VFX işləri Rövşən Abiyevə həvalə olunub.

Filmin redaktorları Fidan Fərrux və Etibar Məmmədovdur.\\qaynarinfo

Azərbaycan kinosunda yeni tarixi layihə: "İşquz dövləti" — foto 1
Azərbaycan kinosunda yeni tarixi layihə: "İşquz dövləti" — foto 2
Azərbaycan kinosunda yeni tarixi layihə: "İşquz dövləti" — foto 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR