Nikaha daxil olmaq istəyən 203 nəfərdə QİÇS aşkarlanıb

Nikaha daxil olmaq istəyən 203 nəfərdə QİÇS aşkarlanıb
Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu il mayın sonuna qədər müayinədən 279383 nəfər keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 1 iyun 2015-ci il - 31 may 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. İndiyə qədər müayinədən keçmiş 11773 nəfərdə talassemiya daşıyıcılığı, 1101 nəfərdə sifilis, 203 nəfərdə isə QİÇS aşkarlanıb.
 
Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva Yaradıcı Mərkəzin açılışında- FOTO

Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dekabrın 28-də açılışı olub.   Sfe...

Ceyms Obrayn Azərbaycana başsağlığı verdi

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı Azə...

Serbiya ilə hərbi əməkdaşlıq planı imzalandı - MN

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi əməkdaşlıq danışıqlarının apar...

Bu televiziya yayımçılarına yardım göstəriləcək - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imza...

Plenkoviçdən Əliyevə: Ürəkağrıdıcı hadisədir...

Xorvatiya Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.   Sfera.aaz xəbər verir ki, bu barədə Prezid...

Emin Əmrullayev məktəb direktorları ilə görüşdü- FOTOLAR

Elm və təhsil naziri Emin Əmrullayev Bakının Nəsimi, Xətai, Qaradağ və Binəqədi rayonlarının məktəb direktorları ilə görüş keçirib.   Sfera.az xəbər ...