Bu ailələrə müavinət verilə bilər

Bu ailələrə müavinət verilə bilər
Kateqoriya məlum deyil
T

Milli Məclisdə “çoxuşaqlı ailə” anlayışının dəyişdirilməsi və üç və daha çox uşağı olan ailələrin bu kateqoriyaya daxil edilməsi təklif olunub.

Sfera.az xəbər verir ki, deputat Vüqar Bayramov hazırda sosial müavinətin beşdən çox uşağı olan ailələrə verildiyini, pensiya güzəştlərinin isə beş və daha çox uşağı olan ailələrə şamil edildiyini bildirib.

Təklifə əsasən, bu meyarın mərhələli şəkildə üç uşağa endirilməsi nəzərdə tutulur. Hesablamalara görə, dəyişiklik 250 mindən çox ailənin aylıq sosial müavinət almaq imkanını yarada bilər.

Həmçinin üç uşağı olan şəxslərin pensiya yaşının 3 il, dörd uşağı olanların 4 il, beş və daha çox uşağı olanların isə 5 il azaldılması təklif edilir.

Təklif aidiyyəti dövlət qurumlarının maliyyə və fiskal yükü qiymətləndirməsindən sonra müzakirə oluna bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR