Şuşada keçirilən tədbir yeni ənənənin əsasını qoyur - Hikmət Hacıyev

Şuşada keçirilən tədbir yeni ənənənin əsasını qoyur - Hikmət Hacıyev
Kateqoriya məlum deyil
T

Şuşada Meksikanın Müstəqillik Günü ilə bağlı tədbirin keçirilməsi diplomatik praktikada yeni ənənənin əsasını qoyur.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni diplomatik məkanların yaranması ölkənin diplomatik protokol praktikasını zənginləşdirib.

O, təşəbbüsə görə Meksika tərəfinə təşəkkür edib və diplomatik korpusun digər nümayəndələrini də gələcəkdə oxşar tədbirlərə qoşulmağa dəvət edib:

“Azərbaycan belə təşəbbüsləri ev sahibi ölkə kimi dəstəkləməyə hazırdır”./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR