"O qədər əli-qolu yerində olan nankor övladlar görürük ki..."

"O qədər əli-qolu yerində olan nankor övladlar görürük ki..."
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpədən anası imtina edib.

Sfera.az xəbər verir ki, aparıcı Elnarə Təhməzova bununla bağlı paylaşım edib. O, xəbəri eşidərkən keçirdiyi hissləri bölüşüb və körpənin anasının övladından imtina etməməsinə ümid etdiyini bildirib:

“Bir qız övladı dünyaya gəlib, qolları olmadığı üçün ana imtina edib. Məyus oldum. Ananın da müəyyən səbəbi var. Bəlkə maddi, bəlkə də psixoloji problemdir. Ümid edirəm ki, ana bir müddət sonra fikrini dəyişər və övladına sahib çıxar.

Ananın psixoloji durumunu anlayıram. Xəstəxanaya gedəndə bilmirsən ki, övladını necə götürəcəksən. Sevinərək gedirsən, amma belə xəbərə insan hazır olmur.

O qədər əli-qolu yerində olan nankor övladlar görürük ki... Amma bu körpə ananın bətnində böyüyüb. Onun narahatlığı, rahatlığı anaya bağlı olub.

Ümid edirəm ki, Allah anaya psixoloji sağlamlıq verər və gedib övladını götürər. Tibb inkişaf edib. Uşaq böyüyənə qədər hər şey daha da inkişaf edəcək. Protez qollar, ayaqlar var. Belə insanlar oxuyur, işləyir, cəmiyyətə faydalı olurlar. Bəlkə də gələcəkdə süni qanadlarla belə çox faydalı işlər görəcəklər. Elə anasına faydalı olacaq.

Xəbəri eşidəndə ilk soruşduğum bu oldu ki, hadisə Azərbaycanda baş verib? Mənəvi dəyərlər var. Biz başqa cür ailələrdə böyümüşük”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR