“FHN bu kimi qurğulara nəzarət etmir”

“FHN bu kimi qurğulara nəzarət etmir”
Kateqoriya məlum deyil
T

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil”.

Sfera.az xəbər verir ki, bu barədə azxeber.com-un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

"Hadisənin baş verdiyi ərazidəki "zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılıb, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur. Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyil.

Bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, ötən gün "Şəki yaylası”nda baş verən faciə zamanı 2 nəfər həlak olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR