“Ləzzət Dünyası”ndan alınan yeməkdən tük çıxdı - FOTO

“Ləzzət Dünyası”ndan alınan yeməkdən tük çıxdı - FOTO
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələrdə “Ləzzət Dünyası” mağazalar şəbəkəsindən alınan hazır qida məhsulu ilə bağlı narazılıq paylaşılıb.


Sfera.az xəbər verir ki, Çimnaz Hüseynova adlı sosial şəbəkə istifadəçisi aldığı qablaşdırılmış hazır yeməyi yeyərkən məhsulun içərisindən tük çıxdığını bildirib.


Müştəri paylaşımında məhsuldan belə bir xoşagəlməz sürprizlə qarşılaşdığını və bundan şoka düşdüyünü qeyd edib.


“Ləzzət Dünyasından belə sürpriz gözləmirdim! Hazır paket məhsulunu almışdım. Yeməyə başlayanda isə gördüyüm şey qarşısında sözün əsl mənasında şoka düşdüm – yeməyin içindən tük çıxdı! İnsan güvənib alır, pulunu ödəyir və heç ağlına da gəlmir ki, yeməyin içindən belə bir şey çıxa bilər”, – deyə şikayətçi bildirib.


Paylaşılan görüntülərdə qablaşdırılmış hazır qidanın içərisində tükə bənzəyən kənar cisim aydın şəkildə görünür.
Məsələ ilə bağlı “Ləzzət Dünyası” mağazalar şəbəkəsinin mövqeyi hələlik məlum deyil.


Qeyd edək ki, hazır qida məhsullarının istehsalı və qablaşdırılması zamanı sanitar-gigiyenik tələblərə əməl olunması istehlakçıların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.


Firuzə Əliyeva
Sfera.az



PAYLAŞ

OXŞAR XƏBƏRLƏR