Sentyabrın 8-i və 9-u ilə bağlı XƏBƏRDARLIQ

Günəşdə son günlər ərzində müşahidə olunan yüksək aktivlik Yer kürəsində maqnit qasırğalarına səbəb ola bilər.
Alimlərin hesablamalarına görə, Günəşdən ayrılan bir neçə plazma bulutu yaxın iki gün ərzində Yerə çatacaq.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Bildirilib ki, son günlər Günəşdə çoxsaylı plazma atılmaları qeydə alınır.
Partlayışların böyük hissəsi Yer kürəsindən yan keçsə də, hesablamalara əsasən, iki və ya üç plazma buludunun sentyabrın 8-i və 9-da planetimizə təsir edəcəyi gözlənilir. Alimlərin məlumatına görə, Günəşin aktivliyi bir neçə gündür artır və demək olar ki, bütün partlayışlar böyük plazma buludlarının atılması ilə müşayiət olunur. Maqnit sahəsində ən güclü dəyişikliklərin çərşənbə axşamından çərşənbəyə keçən gecə müşahidə ediləcəyi proqnozlaşdırılır. Həmin vaxt Günəş küləyinin sürətinin saatda təxminən 700 kilometrə çatacağı gözlənilir.
İlk dəyişikliklərin isə artıq sentyabrın 7-si axşam saatlarında qeydə alınacağı bildirilib. Mütəxəssislər yaxın günlərdə uzunmüddətli və təkrarlanan geomaqnit pozuntularının baş verəcəyini, bəzi dövrlərdə isə 1-ci və 2-ci səviyyəli – zəif və orta güclü maqnit qasırğalarının müşahidə olunacağını qeyd ediblər.
Firuzə Əliyeva






