2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ

2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Kateqoriya məlum deyil
T

Qubadlı rayonu üzrə 2 ümumtəhsil məktəbinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.

Sfera.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq əhalinin doğma yurdlarına qayıdışı ilə paralel həmin ərazilərdə müasir təhsil infrastrukturunun bərpası və dayanıqlı təhsil şəbəkəsinin qurulması istiqamətində tədbirlər davam etdirilir.

Açıqlamada qeyd olunub ki, Dövlət Proqramının icrası çərçivəsində respublikanın digər şəhər və rayonlarında müvəqqəti məskunlaşma yerlərində fəaliyyət göstərən bəzi ümumi təhsil müəssisələrinin fəaliyyəti mərhələli şəkildə dayandırılır və həmin məktəblər işğaldan azad edilmiş ərazilərdə yenidən təşkil edilir.

Regional Təhsil İdarəsindən bildirilib ki, cari tədris ilindən etibarən şagird sayının kəskin azalması səbəbindən Qubadlı rayonu üzrə 2 ümumtəhsil məktəbinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.

Həmin məktəblərdə təhsil alan şagirdlərin təhsilini digər yaxın ümumtəhsil müəssisələrində davam etdirməsi planlaşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR