Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi- FOTO

Kateqoriya məlum deyil
T
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr təyinatı olub.
Sfera.azxəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Həmid Mübah oğlu Mehdiyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Normativ hüquqi aktlar və hüquqi tənzimləmə şöbəsinin müdiri təyin edilib.
Həmid Mehdiyev bundan əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışırdı.\\unikal





