Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!

Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
Kateqoriya məlum deyil
T

El-Nino iqlim hadisəsinin son onilliklərdə əhəmiyyətli dərəcədə gücləndiyi və bunun əsas səbəbinin qlobal istiləşmə olduğu müəyyənləşdirilib.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Miçiqan Universitetinin alimlərinin “Science” jurnalında dərc olunan araşdırmasında bəhs edilib.

Tədqiqata əsasən, son 40 il ərzində El-Nino hadisəsinin intensivliyi sənayeləşmədən əvvəlki dövrlə müqayisədə təxminən 40 faiz artıb. Alimlər bu göstəricinin El-Ninonu son min ilin ən güclü səviyyəsinə çatdırdığını bildirirlər.

El-Ninonun güclənməsi planetdə temperaturun ümumi artımı ilə birlikdə iqlim və hava hadisələrinin daha ekstremal xarakter almasına səbəb ola bilər. Bu isə dünyanın müxtəlif bölgələrində uzunmüddətli quraqlıqların, meşə yanğınlarının, güclü yağıntıların və daşqınların daha intensiv baş verməsi riskini artırır.

Araşdırmaya görə, ekstremal iqlim hadisələrinin güclənməsi nəqliyyat, enerji və digər mühüm infrastruktur obyektləri üçün də əlavə risklər yarada bilər./globalinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR