Logo

Nazir agentliyin sədrinə iki müavin təyin etdi etdi - FOTO

Nazir agentliyin sədrinə iki müavin təyin etdi etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinatlar olub.

Sfera.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Fuad Hüseynağa oğlu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini təyin edilib.

F.Məmmədov bundan əvvəl adı dəyişdirilən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevin müşaviri idi.

Nazir agentliyin sədrinə iki müavin təyin etdi etdi - FOTO

Fuad Məmmədov

Nazirin digər əmri ilə Paşayev Hüseyn Ələsgər oğlu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini təyin edilib.

Nazir agentliyin sədrinə iki müavin təyin etdi etdi - FOTO

Hüseyn Paşayev

Qeyd edək ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR