"Xiaomi"nin yeni qatlanan telefonu: 5,2 milyonluq prosessorla gəlir

"Xiaomi"nin yeni qatlanan telefonu: 5,2 milyonluq prosessorla gəlir
Kateqoriya məlum deyil
T

“Xiaomi”-nin sentyabr ayında təqdim edəcəyi gözlənilən yeni qatlanan smartfonu “Xiaomi 18 Fold” ilk dəfə real görüntülərdə ortaya çıxıb.

Şirkətin yeni nəsil XRING O3 prosessoru ilə təchiz ediləcək cihaz Xiaomi CEO-su Lei Junun əlində görüntülənib.

Sfera.az xəbər verir ki, internetdə yayılan fotolarda “Xiaomi 18 Fold”-un qırmızı rəng variantı, nazik korpusu və arxa panelinin dizaynı aydın şəkildə görünür.

Smartfonun arxa hissəsinin yuxarı bölümündə üfüqi formada yerləşdirilmiş kamera modulu diqqət çəkir. Modulda üç kamera obyektivi və LED flaş yer alır.

Məlumata görə, “Xiaomi 18 Fold”şirkətin sentyabr ayı üçün planlaşdırdığı geniş təqdimat proqramı çərçivəsində rəsmi olaraq nümayiş etdiriləcək.

“Xiaomi 18 Fold”-un 5,22 milyon AnTuTu balı topladığı bildirilən XRING O3 prosessoru ilə işləyən ilk smartfon olacağı gözlənilir. Beləliklə, XRING O3 mobil çiplər arasında 5 milyon xal həddini keçən ilk prosessor kimi təqdim olunur.

10 nüvəli və tamamilə böyük nüvələrdən ibarət arxitekturaya sahib olan çipin çoxnüvəli performansının əvvəlki nəsillə müqayisədə 60 faiz artdığı iddia edilir.

Yeni G2-Ultra NX qrafik prosessorunun isə 85 faiz daha yüksək performans göstərdiyi və enerji sərfiyyatını 64 faiz azaltdığı bildirilir.

XRING O3 həmçinin LPDDR6 yaddaş dəstəyinə sahib ilk mobil çip kimi təqdim olunur. 82 nanosaniyəlik aşağı gecikmə müddəti sayəsində prosessorun gündəlik istifadədə daha sürətli və çevik işləməsi gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR