Şəmkirdə azyaşlını maşın vurdu
Kateqoriya məlum deyil
Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Xuluf kəndində qeydə alınıb.
“VAZ 2107” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən kənd sakini 2018-ci il təvəllüdlü M.Məsdanzadəni vurub.
Piyada dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin orta ağır olduğu bildirilir./apa






