Azərbaycandan Özbəkistana gedənlərin sayı 72% ARTIB

Kateqoriya məlum deyil
T
Azərbaycan və Özbəkistan arasında qarşılıqlı səfərlərin sayında artım qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında Özbəkistandan Azərbaycana 42 388 nəfər səfər edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.
Azərbaycandan Özbəkistana səfər edən vətəndaşların sayı isə 2026-cı ilin yanvar-iyun aylarında 13 630 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 72,8 faiz artıb.






