Ata 7 yaşlı oğlunu dağa dırmanmaq üçün 2000 metr yüksəklikdə tək buraxdı

Ata 7 yaşlı oğlunu dağa dırmanmaq üçün 2000 metr yüksəklikdə tək buraxdı
Kateqoriya məlum deyil
T

Yaponiyada 7 yaşlı oğlunu Fuji dağına dırmanan zaman yorulduqdan sonra tək qoyan ataya polis tərəfindən xəbərdarlıq edilib.


Sfera.az xəbər verir ki, Yaponiyanın ən yüksək dağı olan Fuji dağında azyaşlı uşaq dəniz səviyyəsindən təxminən 2500 metr yüksəklikdə, dağın orta hissəsində yerləşən daxmada tapılıb. Məlumata görə, uşaq atası və böyük qardaşı ilə birlikdə Fuji dağına dırmanan zaman yorulduğu və daha irəli getmək istəmədiyi üçün atası ona Fujinomiya cığırı tərəfdə gözləməsini deyib. Daha sonra ata və böyük oğlu yollarına davam ediblər.


Təxminən beş saat sonra geri qayıdan ata azyaşlı oğlunun polis əməkdaşları tərəfindən tapıldığını görüb. Sağlam vəziyyətdə olan uşaq atasına təhvil verilib.


Polis ata ilə bağlı araşdırma apararaq onun uşağı dağda tək buraxmasına görə cinayət məsuliyyəti ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Ata isə baş verən hadisədən peşman olduğunu bildirib.


Hündürlüyü 3776 metr olan Fuji dağında hava şəraiti tez-tez dəyişir. Ərazidə daha əvvəl də yüksəklik xəstəliyi səbəbindən alpinistlərin xilas edilməsinə ehtiyac yaranıb.


Xatırladaq ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə son illərdə Fuji dağına dırmanma ilə bağlı bir sıra yeni qaydalar tətbiq edilib. Bu qaydalar arasında gündəlik alpinist sayının məhdudlaşdırılması və təhlükəsizlik təlimlərinin məcburi keçirilməsi də yer alır.

İradə Elsevər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR