Ay tutulması Bakıda da görünəcək - Bu tarixdə...

Ay tutulması Bakıda da görünəcək - Bu tarixdə...
Kateqoriya məlum deyil
T

Göy hadisələrini izləməyi sevənlərin səbirsizliklə gözlədiyi 2026-cı ilin mühüm astronomik hadisələrindən biri avqustun son günlərində baş verəcək.


Sfera.az xəbər verir ki, avqustun 28-də Ay tutulması müşahidə olunacaq. Yer kürəsinin kölgəsinin Ayın üzərinə düşməsi nəticəsində peykimiz qismən qızılı-qırmızı rəngə çalacaq.

Tutulmanın ilk mərhələsi Bakı vaxtı ilə saat 05:23-də başlayacaq. Saat 06:33-də isə qismən Ay tutulması başlayacaq və Ayın rəngində dəyişiklik daha nəzərəçarpan olacaq.

Lakin hadisənin bütün mərhələləri Azərbaycandan görünməyəcək. Bakıda tutulmanın yalnız Ay üfüqdən aşağı enməzdən əvvəlki qısa hissəsini müşahidə etmək mümkün olacaq. Bakıda Ay tutulmasının görünən hissəsi saat 05:23-də başlayacaq və təxminən 06:02-də başa çatacaq. Maksimum görünən nöqtə isə saat 05:57-də olacaq. Qeyd edək ki, astronomik baxımdan bu hadisə tam “Qanlı Ay” tutulması deyil, qismən Ay tutulmasıdır. Azərbaycanda isə əsasən yarımkölgəli mərhələ müşahidə ediləcək.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR