Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Kateqoriya məlum deyil
T
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub.
Sfera.az xəbər verir ki, Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırılıb.
Qurumdan bildirildi ki, Nazirliyin ümumi daxili strukturunun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı müvafiq proseslər həyata keçirilir. Proses yekunlaşdıqdan sonra məlumat təqdim olunacaq.
Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilmişdi.
O, 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
O həm də iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır./qafqazinfo






