Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Yer kürəsində bu gün səhər saatlarında gözlənilmədən planet miqyaslı maqnit qasırğası başlayıb.
Sfera.az xəbər verir ki, məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayıb.
Məlumata görə, hazırda maqnit qasırğası zəif qiymətləndirilir və alimlərin proqnozuna əsasən, qısa müddət davam edəcək.
Qlobal maqnit rəsədxanaları şəbəkəsi geomaqnit qasırğasını Bakı vaxtı ilə saat 08:00-09:00 arasında qeydə alıb.
Saat 10:00 radələrində qasırğanın gücü G1 səviyyəsinə çatıb.
Alimlərin məlumatına görə, G1 geomaqnit qasırğası zəif səviyyə hesab olunur. Belə hadisələr zamanı bəzi hallarda peyk sistemlərinin, radio rabitəsinin və elektrik şəbəkələrinin fəaliyyətində qısa müddətli dəyişikliklər müşahidə oluna bilər.
İnci
Sfera.az






