2026-cı ilin payız-qış mövsümünün dəb rəngi açıqlandı

Stilist və teleaparıcı Aleksandr Roqov 2026-cı ilin payız-qış mövsümünün əsas dəb trendlərindən birini açıqlayıb.
Sfera.az xəbər verir ki, ekspert özünün 191 minə yaxın izləyicisi olan “Telegram” kanalında çəhrayının müxtəlif çalarlarının qarşıdakı mövsümdə dəbdə olacağını bildirib.
“Müxtəlif çəhrayı çalarları 2026-cı ilin payız-qış mövsümünün parlaq trendidir”, – deyə Roqov qeyd edib.
Onun sözlərinə görə, çəhrayı rəng dünyanın aparıcı moda brendlərinin demək olar ki, bütün əsas kolleksiyalarında yer alıb.
"Valentino", "Prada", "Erdem", "Chanel", "Bottega Veneta" və "Miu Miu" kimi məşhur moda evləri yeni kolleksiyalarında çəhrayının müxtəlif tonlarından istifadə ediblər.
Qeyd edək ki, avqust ayında yunan estetikasının da 2026-cı ilin dəb trendlərindən birinə çevrildiyi bildirilmişdi. Qədim yunan üslubunda geyimlərə marağın artması isə “Odisseya” filminin premyerası ilə əlaqələndirilir.
İnci
Sfera.az






