“28 May” və “Nizami” arasında qatarların hərəkəti dayandırıldı

Kateqoriya məlum deyil
T
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Sfera.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb.
Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi planlaşdırılır.
Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun icra olunur.






