İnarə Mirhəsənova vəzifəsindən ayrıldı

İnarə Mirhəsənova vəzifəsindən ayrıldı
Kateqoriya məlum deyil
T

“PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı şirkətdən ayrılıb.

Sfera.az xəbər verir ki, söhbət İnarə Vaqif qızı Mirhəsənovadan gedir. İ.Mirhəsənova artıq sığorta şirkətinin İdarə Heyətinin tərkibində yer almır.

Hazırda “PAŞA Sığorta”nın İdarə Heyətinə Niyaz Rövşən oğlu İsmayılov sədrlik edir. Rüstəm Vaqif oğlu Məmmədov İdarə Heyəti sədrinin müavini, Aygün Rüstəm qızı Ömərova və Nicat Mahir oğlu Rəsulov isə İdarə Heyətinin üzvləridir.

Qeyd edək ki, İnarə Mirhəsənova “PAŞA Sığorta”nın İdarə Heyətinə Ülviyyə Elmar qızı Abbasovanın yerinə təyin edilmişdi.

İ.Mirhəsənova 2009-cu ildən sığorta sektorunda fəaliyyət göstərib. O, əmək fəaliyyətinin əvvəlki dövründə “Bakı Sığorta” ASC-də aktuari işləyib. 2011-ci ilin mayından 2012-ci ilin dekabrınadək “Ata Sığorta”da aktuari, daha sonra isə 2016-cı ilin mayınadək həmin şirkətdə Risk və maliyyə analitikası şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 2016–2020-ci illərdə “PAŞA Həyat Sığorta” ASC-də müxtəlif vəzifələr tutub və burada son olaraq Strategiya və investisiyalar departamentinin direktoru olub. 2020-ci ilin dekabrından etibarən isə “PASHA Holding” MMC-də fəaliyyət göstərib./plat.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR