Logo

APA əməkdaşına hücum edən mühafizəçi SAXLANILDI

APA əməkdaşına hücum edən mühafizəçi SAXLANILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

APA Group əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki , noyabrın 1-də səhər saatlarında Bakının Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran APA Group əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı həmin obyektdə mühafizəçi işləyən Heydər Sərdarovun APA Group əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirdiyi və onun peşə fəaliyyətini həyata keçirməsinə mane olduğu müəyyən edilib.

Polis tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.

Qeyd edək ki, ötən gecə APA Group əməkdaşı Sənan Bəhrəmli Bakının Nizami rayonu, Davud Aslan küçəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunub. Hadisə yerində özünü ərazinin mühafizəçisi kimi təqdim edən Heydər Sərdarov jurnalistə xəsarət yetirib və şirkətin texniki avadanlığına zərər vurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR