Naxçıvanda müasir tələbə şəhərciyi inşa olunacaq

Kateqoriya məlum deyil
T
Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək.
Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılması nəzərdə tutulur.






