İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi

İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi
Kateqoriya məlum deyil
T

Salyan Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib.

Sfera.az xəbər verir ki, onların bazasında Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb.

Qeyd edilən üç qurumun onların bazasında yaradılan yeni müəssisənin nizamnaməsi təsdiq olunub.

İcra başçısı Rüstəm Xəlilovun müvafiq sərəncamına əsasən, MMC-nin rəisi vəzifəsinə Etibar Axundov təyin edilib.

E.Axundov 2020-ci ilin parlament seçkiləri zamanı 60 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd olub./iqtisadiyyat.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR