Logo

Fərda İmanov vəzifəsindən azad olundu

Fərda İmanov vəzifəsindən azad olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad olunub.

Sfera.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.

Coğrafiya elmləri doktoru, professor F.İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru idi. O, 2021-ci ildən bu vəzifədə çalışırdı.

F.İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı olub.

Qeyd edək ki, F.İmanov bir müddət əvvəl prorektor vəzifəsindən azad olunub. Onun işdən çıxarılmasının universitetlə bağlı baş verən son hadisələrlə əlaqəsi yoxdur.\\olke.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR