Azərbaycanda yeni dövlət standartları qəbul edildi

Azərbaycanda yeni dövlət standartları qəbul edildi
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən metrologiya sahəsi üzrə 3 yeni dövlət standartı qəbul edilib.

Sfera.az xəbər verir ki, AZSTAND-dan bildirilib ki, yeni dövlət standartları bunlardır:

● AZS EN 12261:2026 “Qaz sayğacları. Turbinli qaz sayğacları”;

● AZS EN 14236:2026 “Ultrason məişət qaz sayğacları”;

● AZS ISO 4892-3:2026 “Plastiklər. Laboratoriya işıq mənbələrinin təsirinə məruz qalma metodları. Hissə 3: UB lüminessent lampalar”.

Sözügedən dövlət standartları sayğacların işləmə prinsiplərinə, təhlükəsizliyinə, istehsalına, sınaqlarına, eləcə də plastik məmulatların günəş şüalanmasının təsiri nəticəsində rəng, möhkəmlik və digər fiziki xüsusiyyətlərində baş verə biləcək dəyişikliklərin qiymətləndirilməsinə dair müvafiq tələbləri müəyyən edir.

Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin nəzdində təsis edilən “Metrologiya sahəsi” Standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 47) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib./unikal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR