Milli Müdafiə Universiteti Rəşad Əhmədovla bağlı AÇIQLAMA YAYDI

Kateqoriya məlum deyil
T
"Bəzi media subyektlərində ehtiyatda olan hərbi qulluqçu Rəşad Əhmədovun Milli Müdafiə Universiteti ilə Elm və Təhsil Nazirliyi arasında koordinator vəzifəsinə təyin olunması barədə paylaşılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir".
Sfera.az bildirir ki, bu barədə Milli Müdafiə Universitetindən bildirilib.
"Media nümayəndələrinin fərdin özü və ya Müdafiə Nazirliyi ilə dəqiqləşdirmədən məlumat tirajlaması yolverilməzdir və şəxslərin işgüzar fəaliyyətlərinə mənfi təsir göstərir", - məlumatda qeyd olunub./musavat






