Logo

"Apple" Azərbaycanın mobil cihaz bazarındakı payının 17 %-ni itirib

"Apple" Azərbaycanın mobil cihaz bazarındakı payının 17 %-ni itirib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin oktyabr ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 38,06 % təşkil edib.

Sfera.az xəbər verir ki, bu, sentyabr ayına nisbətən 2,9 faiz bəndi az, 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 13,51 faiz bəndi çoxdur.

İkinci sıradakı "Xiaomi"nin bazar payı aylıq müqayisədə 1,13 faiz bəndi azalaraq, illik müqayisədə isə 9,71 faiz bəndi artaraq 27,58 % olub.

Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 1,91 faiz bəndi artaraq və illik müqayisədə 3,62 faiz bəndi və ya 17 % azalaraq 17,58 % olub.

Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 1,73 faiz bəndi artaraq, illik müqayisədə isə 16,5 faiz bəndi azalaraq 9,21 % təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR