Logo

Bakıda 35 milyonluq park salınır

Bakıda 35 milyonluq park salınır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Nəsimi rayonunda salınacaq yeni istirahət parkının tikintisini həyata keçirəcək şirkət müəyyənləşib.

Sfera.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, park 28 May küçəsindən "The Ritz-Carlton Baku" hotelinədək uzanan 12 hektar ərazidə salınacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-si layihə üzrə hazırlıq işlərini başa çatdırıb. Parkın salınması işlərinin icrası "Xezer-Construction" MMC-yə həvalə olunub və tərəflər arasında müvafiq müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkət yeni istirahət parkının salınması işlərini 35,2 milyon manat məbləğində vəsait hesabına həyata keçirəcək.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında parkın layihə-smeta sənədlərinin hazırlanması "Az.Arxitektura" şirkətinə həvalə edilmişdi. Bu məqsədlə bağlanmış müqavilənin dəyəri 2 milyon 387 min 833,84 manat təşkil edib. Layihə-smeta sənədləri də məhz həmin 12 hektarlıq ərazi üçün hazırlanıb./modern.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR