Bu rayonda qaz olmayacaq
Kateqoriya məlum deyil
Bu gün Şəki rayonunda iki kəndin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Sfera.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonu Qoxmuq və İnçə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






