AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi
Kateqoriya məlum deyil
T

AccessBank 22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkənin aparıcı media nümayəndələri üçün Şamaxıya xüsusi səfər təşkil edib.

Tədbirin məqsədi jurnalistlərin cəmiyyətin məlumatlandırılmasında oynadığı mühüm rola ehtiramı ifadə

etmək, həmçinin Bank ilə media arasında formalaşmış səmərəli əməkdaşlığı daha da

möhkəmləndirmək olub.

"Ulduzlar altında sözün işığına yığışdıq" şüarı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar üçün intellektual oyun təşkil olunub. Daha sonra media nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edərək Azərbaycanın aparıcı elmi mərkəzlərindən birinin fəaliyyəti və burada həyata keçirilən elmi tədqiqatlarla tanış olublar. Axşam

saatlarında isə jurnalistlər teleskop vasitəsilə ulduzları və gecə səmasını müşahidə etdilər.

Tədbir media nümayəndələri üçün səmimi mühitdə ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq və Milli Mətbuat Gününü fərqli konsepsiyada qeyd etmək imkanı yaradıb.

AccessBank media ilə açıq dialoqa və qarşılıqlı etimada əsaslanan əməkdaşlığa xüsusi önəm verir. Bank peşəkar jurnalistikanın cəmiyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirir və media ilə uzunmüddətli tərəfdaşlığını gələcəkdə də uğurla davam etdirməyi hədəfləyir.

Dəyərli media nümayədələri, peşə bayramınız mübarək!

PAYLAŞ