“Arzum 9999”un məhkəməsi başladı

“Arzum 9999”un məhkəməsi başladı
Kateqoriya məlum deyil
T

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən, sosial şəbəkələrdə “Arzum 9999” ləqəbi ilə tanınan İlduzə Hacıyevanın barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Sfera.az xəbər verir ki, məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində həyata keçirilir. Məlumata görə, İlduzə Hacıyevanın vəkilləri proses zamanı iki vəsatətlə çıxış edəcək. Vəsatətlərdən biri prosesin məhkəmə istintaqı ilə aparılması, digəri isə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasıdır.

Qeyd edək ki, vəfatə edən şəxsin ailəsi də apellyasiya şikayəti verib və bu gün hər iki şikayətə baxılacaq. Hazırda məhkəmə prosesi davam edir. İş üzrə vəsatətlərə məhkəmənin münasibəti onların müzakirəsindən sonra məlum olacaq.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ