“Limon turşusu” həbs olundu - Foto

Kateqoriya məlum deyil
T
Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial media platformalarında paylaşan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
Sfera.az bildirir ki, araşdırmalarla onların 2006-cı il təvəllüdlü Pərvanə Muxtarova, 1997-ci il təvəllüdlü Malik Bədəlov və 2002-ci il təvəllüdlü Cavid Ələkbərov olduqları müəyyən edilib.
Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə hər biri 8 sutka müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, P. Muxtarova “TikTok” sosial şəbəkəsində “Limon turşusu” adı ilə tanınır.
Açar sözlər:
