“Qış Parkı” yeraltı parklanma ərazisi “Parkzone” sistemi ilə tam şəkildə avtomatlaşdırıldı

“Qış Parkı” yeraltı parklanma ərazisi “Parkzone” sistemi ilə tam şəkildə avtomatlaşdırıldı
Kateqoriya məlum deyil
T

“Parkzone” tərəfindən “Qış Parkı” ərazisində müasir parklanma sisteminə keçid etmək üçün aparılan təmir və quraşdırma işləri uğurla başa çatdı.

Nömrə tanıma əsaslı, avtomatlaşdırılmış sürətli keçid texnologiyası və onlayn ödəniş imkanları ilə “Qış Parkı” yeraltı parklanma ərazisində sürətli və rahat şəkildə parklanma etmək mümkündür.

Artıq terminal önündə gözləmədən, avtomatik açılan şlaqbaumlar vasitəsilə parklanma ərazisinə təmassız giriş və çıxış, “AzParking” mobil tətbiqi ilə sürətli ödəniş imkanı əldə edəcəksiniz.

Parklanma ödənişlərini “AzParking” mobil tətbiqində “Digər parkinqlər” bölməsinə daxil olub, parklanma etdiyiniz ərazini seçərək qısa zamanda ödəyə bilərsiniz.

Onu da nəzərinizə çatdıraq ki, “Qış Parkı” parklanma ərazisi çoxsaylı avtomobil tutumu ilə ölkədə ən böyük yeraltı parklanma məntəqəsidir.

Bu müddət ərzində göstərdiyiniz səbir və anlayış üçün dərin təşəkkürümüzü bildiririk.

PAYLAŞ