Azərbaycan əhalisinin sayı 10,27 milyonu ötüb

Azərbaycan əhalisinin sayı 10,27 milyonu ötüb
Kateqoriya məlum deyil
T

Azərbaycanda əhalinin sayında artım qeydə alınıb.

Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il iyunun 1-i vəziyyətinə ölkə əhalisinin sayı ilin əvvəli ilə müqayisədə 9 287 nəfər və ya 0,1 faiz artaraq 10 milyon 271 min 638 nəfərə çatıb.

Məlumata görə, əhalinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi isə kənd yerlərində yaşayır.

Ölkə əhalisinin cins bölgüsünə əsasən, sakinlərin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

PAYLAŞ